Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.
24-cü sırada yer alan ölkənin əmsalı 17,750-yə bərabərdir. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0,250 xal qazandırıb. Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. "Sumqayıt" isə evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2.
Azərbaycandan bir pillə öndə Rusiya (18,299), bir addım geridə isə Slovakiya (17,625) yer alıb.
55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.
Oxşar xəbərlər
"Zirə" "DAK 1904" klubunu böyük hesabla məğlub edib - YENİLƏNİB
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşıb. "Dalğa Arena"da baş tutan matç meyd...