Azərbaycan Rusiya ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib?
10
yan
2025
10:57
Azərbaycan 2025-ci ilin birinci yarısında Rusiya yığması ilə mümkün yoldaşlıq oyunu üzrə danışıqları dayandırıb.
Bu barədə "sport24.ru" portalı məlumat yayıb.
Yığmalar arasında yoldaşlıq görüşünün yaz-yay aylarında keçirilməsi planlaşdırılırdı.
Bir gün əvvəl Rusiya və Belarus arasında yoldaşlıq görüşü ilə bağlı razılıq əldə olunduğu məlum olub.
Xatırladaq ki, 2024-cü ildə Rusiya millisi beş yoldaşlıq matçı keçirib. Bu oyunlarda Rusiya Serbiyanı (4:0), Belarusu (4:0), Vyetnamı (3:0), Bruneyi (11:0) və Suriyanı (4:0) məğlub edib.
Oxşar xəbərlər
Elvin Cəfərquliyev: "UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasına düşdüyüm üçün qürur duyuram"
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunun rəmzi komandasına düşdüyü üçün qürur duyur. BAKU.WS xəbər verir...