Azərbaycan Premyer Liqasının XXXIII turunda "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XXXIII turunda "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib.
BAKU.WS xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Yassin Benzia (59-cu dəqiqə) və Kadi Borqes (82-ci dəqiqə) fərqlənib.
Ötən tur çempionluğu rəsmiləşdirən "Qarabağ" bu nəticədən sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. 8-ci yerdə olan "Sumqayıt"ın isə 30 xalı var.
XXXIII tura bu gün keçiriləcək "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. "Araz-Naxçıvan" - "Sabah", "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...