Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun bağlanış oyununda "Sumqayıt" doğma meydanda "Şamaxı"nı qəbul edib.
Meydan sahiblərinin 2:1 hesabı ilə qələbə qazandığı matçda hesabı qonaqlar açıb. 26-cı dəqiqədə Leroy Mikels fərqlənib. Bununla belə, fasilə ərəfəsində "gənclik şəhəri" təmsilçisi "status-kvo"nu bərpa edə bilib. Cordan Rezabala 45+1-ci dəqiqədə adını tabloya yazdırıb. Qarşılaşmada yekun nəticəni isə Rövlan Muradov müəyyənləşdirib. 78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.
Bu nəticənin ardından Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" 16 xalla altıncı sırada qərarlaşıb. "Şamaxı" isə 13 xalla yeddincidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0, "Qarabağ" "Səbail"i 3:0, "Neftçi" isə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Sabah" görüşü heç-heçə başa çatıb - 1:1.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...