Premyer Liqa: Mövsümün ilk oyununda “Turan Tovuz” böyükhesablı qələbə qazanıb - YENİLƏNİB

Premyer Liqa: Mövsümün ilk oyununda “Turan Tovuz” böyükhesablı qələbə qazanıb - YENİLƏNİB
İdman 0

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə start verilib.

Açılış oyununda "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib.

Mərdəkandakı "Dalğa Arena"da keçirilən matç qonaqların qələbəsi ilə başa çatıb - 3:0.

Qolları 53 və 87-ci dəqiqələrdə Martin Petkov və 67-ci dəqiqədə Otto Con vurublar.

Hər üç qolda naxçıvanlıların qapıçısı Semir Bukviç kobud səhvə yol verib.

***21:51

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk qolu vurulub.

“Report”un məlumatına görə, “siftə”ni “Araz-Naxçıvan”la “Turan Tovuz” arasında keçirilən açılış oyununda qonaq komanda edib.

Görüşün 53-cü dəqiqəsində Martin Petkov fərqlənib. Bolqarıstanlı hücumçu ilk qolun müəllifi olmaqla komandasını hesabda önə keçirib.

Qeyd edək ki, I turun ilk qarşılaşması “Dalğa Arena”da keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər