Azərbaycan Premyer Liqası: "Zirə" çempionla heç-heçə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. "Azersun Arena"da baş tutan matçda meydan sahiblərinin çoxsaylı hücumlarına baxmayaraq, hesab açılmayıb.
Ötən tur çempionluğunu rəsmiləşdirən "köhlən atlar" bu nəticə ilə xallarını 60-a çatdırıb. Paytaxt klubu isə 43 xalla 3-cü pillədə yer alıb.
Günün ilk oyununda "Sabah" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qəbələ" - "Neftçi" matçları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
"Qarabağ" mövsümün ən böyük hesablı qalibiyyətini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, çempionatın lideri "Qarabağ" "Şamaxı"...