Azərbaycan Premyer Liqası: XV turun daha bir oyunu heç-heçə başa çatıb - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Gənclik şəhəri"nin təmsilçisində 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə Roi Kehat fərqlənib. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Luis Paçu, 54-cü dəqiqədə Otto Con vurub.
"Sumqayıt" hazırda 23 xalla üçüncü, "Turan Tovuz" 16 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Araz-Naxçıvan" "Səbail"lə heç-heçə edib - 1:1. XV turun digər oyunları 3-4 dekabrda olacaq.

Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub. Qarş...