Azərbaycan Premyer Liqası: "Sabah" mövsümə məğlubiyyətlə başladı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, açılış oyununda "Sabah" və "Səbail" komandaları üz-üzə gəliblər. Masazırdakı "Bank Respublika Arena"dakı görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qol ilk hissədə vurulub. "Dənizçilər"in heyətində yeni transfer Yurgen Qoca fərqlənib. Albaniyalı müdafiəçi 30-cu dəqiqədə başqa qapını dəqiq nişan alıb. 89-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Şakir Seyidov hesabı bərabərləşdirsə də, qol oyundankənar vəziyyətdən vurulduğu üçün qeydə alınmayıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə "Sabah" azlıqda qalıb. Coy-Lans Mikels ikinci sarı vərəqəni görərək, meydandan qovulub.
Bu qələbədən sonra "Səbail" 3 xalla birinci pillədə, "Sabah" isə sonuncu - 8-cı sırada qərarlaşıb.
Günün digər oyunu "Keşlə" və "Sumqayıt" arasında olacaq. "ASK Arena"dakı görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...