Azərbaycan Premyer Liqası: "Qarabağ" "Keşlə"ni məğlub etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Turnir cədvəlinin lideri "Qarabağ" "Keşlə"ni qəbul edib. "Azersun Arena"dakı matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda qapıçı ilə təkbətək epizodda fərqlənə bilməyən Ramil Şeydayev 49-cu dəqiqədə qələbə qolunu vurub.
Bu nəticədən sonra xallarının sayını 26-a çatdıran "köhlən atlar" liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu isə 10 xalla 6-cı sıradadır.
Qeyd edək ki, turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.
Oxşar xəbərlər
"Qarabağ" "Neftçi"ni darmadağın edərək vahid lider olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, günün ikinci martçında "Qarabağ" son çem...