Azərbaycan millisinin oyununda VAR sistemindən istifadə olunub
09
okt
2021
21:50
Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda VAR sistemindən istifadə olunub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, görüşün baş hakimi Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib.
Epizodun təkrarını izləyən referi qarşılaşmanı davam etdirib.
Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və qonaqlar hesabda öndədir - 2:0.
Oxşar xəbərlər
DÇ-2022: Azərbaycan - İrlandiya Azərbaycan millisinin qapısına ikinci qolu vurdu - YENİLƏNİB-3 - VİDEO
Bakı Olimpiya Stadionunda oynanılan və norveçli FIFA referisi Espen Eskasın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. BAKU.WS xəbər ver...