Azərbaycan millisinin oyunları kütləvi yoluxmaya görə ləğv olundu
22
sen
2021
19:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
17 yaşadək futbolçulardan Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoldaşlıq oyunları ləğv edilib.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıya səfər ərəfəsində Belarus yığmasının heyətində bir neçə futbolçunun COVID-19 testi pozitiv nəticələnib.
Bununla əlaqədar Belarus U-17 yığması ilə nəzərdə tutulan yoldaşlıq oyunları ləğv olunub.
Qeyd edək ki, oyunlar sentyabrın 24-də və 27-də keçirilməli idi.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...