Azərbaycan millisinin futbolçusu Almaniya klubu ilə vidalaşıb
20
may
2023
17:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" komandası ilə vidalaşıb.
BAKU.WS klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə yollar rəsmən ayrılıb.
III Bundesliqa təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edirdi. O, bu müddət ərzində Aue təmsilçisində 217 oyuna çıxıb və 48 qol vurub.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"...