Azərbaycan millisinin Ermənistanla oyununun vaxtı məlum oldu

Azərbaycan millisinin Ermənistanla oyununun vaxtı məlum oldu
İdman 63

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib.

BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb.

Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-də baş tutacaq.

B qrupunda mübarizə aparacaq millimiz iyulun 19-da Kipr, 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq.

Yığmanın ilk iki matçı Bakı vaxtı ilə saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.

Son xəbərlər