Azərbaycan millisi Latviyaya böyük hesabla qalib gəldi
                            
                                25
                                may
                            
                                2022
                                21:20
                            
                            Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:0 hesablı qələbə qazanıb.
Ümid Səlimovun dubl etdiyi görüşdə digər qolu Şahin İbrahimov vurub.
Bu komandalar arasında növbəti qarşılaşma mayın 27-də oynanılacaq.
Oxşar xəbərlər
Azərbaycan milli komandası Latviyaya da uduzdu
Azərbaycan milli komandası növbəti oyununu keçirib. BAKU.WS “apasport.az”a istinadən xəbər verir ki, Canni de Byazinin yetirmələri Maltada təşkil olunan təlim-m...