Azərbaycan millisi Ermənistan kollektivi ilə eyni turnirdə mübarizə aparacaq
08
mar
2023
15:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinə yekun vurulub.
Altı qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanıblar.
Qrup ikincisi kimi mərhələ adlayan Azərbaycan millisi ilə yanaşı, elit raundda Xorvatiya, Fransa, Gürcüstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Ukrayna, İspaniya, Qazaxıstan və Ermənistan seçmələri mübarizə aparacaqlar.
Bu mərhələnin püşkü iyulun 5-də atılacaq.
Oxşar xəbərlər
DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazanıb - YENİLƏNİB
Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdır...