Azərbaycan millisi yoldaşlıq oyununda Latviya yığması ilə heç-heçə edib

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib.
Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.
*** 17:00
Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununda Latviya ilə üz-üzə gəlir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Riqadakı Skonto stadionunda keçirilən matç saat 17:00-da start götürüb.
*** 16:37
Futbol üzrə Azərbaycan milli komandasının bu gün səfərdə Latviya yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü üçün start heyəti açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santuş milli üzvlərini meydana 4-4-2 taktiki düzülüşü ilə buraxacaq:
23. Rza Cəfərov, 17. Toral Bayramov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (kap.), 16. Ceyhun Nuriyev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Latviya millisinin isə meydana 3-5-2 taktikası ilə çıxacağı məlum olub:
23. Rixard Matreviç, 3. Vitali Yaqodinski (kap.), 21. Denis Melnik, 2. Daniel Balodis, 20. Maksim Tonişev, 16. Alvis Yaunzem, 25. Krister Penkeviç, 15. Dmitri Zelenkov, 7. Eduard Daşkeviç, 17. Lukas Vapne, 18. Marko Reqza
*** 09:08
Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək.
Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sabah"dan səfərdə inamlı qələbə
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçı başa çatıb. BAKU.WS xəbər verir ki, qarşılaşmada "Sabah" rəq...