Azərbaycan millisi Avropa kubokunu 5 medalla başa vurub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa kubokuna yekun vurulub. Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 63,5 kq çəkidə Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan təmsilçimiz sonadək mübarizə aparsa da, yekunda rəqib qalib gəlib.
Həsənov Avropa kubokunu gümüş medalla başa vurub.
Ondan öncə Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medala yiyələnib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın boks yığması Dünya Kubokunu 6 medalla başa vurub
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun vurulub. BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan millisi 25 ölkədən 176...