Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub - FOTO

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub - FOTO
Foto
İdman 113

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.

Boks Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, 38 komandanın 146 boksçusunun iştirakı ilə təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.

13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar.

Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Çempionat oktyabrın 24-də başa çatacaq. 13 çəki dərəcəsi üzrə baş tutacaq final döyüşlərinə saat 15:00-da start veriləcək.

Azərbaycan çempionatıVI günün nəticələri

Yarımfinal mərhələsi48 kqHəsənağa İbrahimli (“Səbail” İK) – Tural Sarıyev (“Neftçi” İK) – birinci boksçu diskvalifikasiya olunubHəsən Məlikov (BFL) – Nicat Tağızadə (“Qızıl əlcək” İK) – 3:1

51 kqMəsud Yusifzadə (BFL) – Tacəddin Məmmədov (DGK İK) – 5:0Rüfət Hüseynov (“Neftçi” İK) – Nicat Hüseynov (UGİM-1) – 1:4

54 kqElşən Qəribov (Quba) – Namiq Yarəliyev (Qəbələ) – ikinci tam üstünlüklə qalib gəlibNihat Abdullayev (“Qızıl əlcək” İK) – Ruslan Qədirov (MOİK) – 1:4

57 kqÜmid Rüstəmov (DİN İK) – Hüseyn Əliyev (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlibMaqsud Xasmetov (“Neftçi” İK) – Əzrək Bəbirov (BFL) – 2:3

60 kqTayfur Əliyev (Naxçıvan MR) – Eldəniz Baxşıyev (DGK İK) – 5:0Şamil Əsgərov (“Neftçi” İK) – Ramiz Məmmədov (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib

63,5 kqMalik Həsənov (“Neftçi” İK) – Ağacan Dərgahov (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyibCəlal Qurbanov (“Səbail” İK) – Kənan Abışov (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib

67 kqNəbi İsgəndərov (“Neftçi” İK) – Fariz Süleymanov (DGK İK) – birinci tam üstünlüklə qalib gəlibİlqar Salahov (DGK İK) – Şəmsi Şahbazov (MOİK) – 3:2

71 kqSərxan Əliyev (MOİK) – Nicat Qurbanov (Gəncə) – birinci tam üstünlüklə qalib gəlibRəşid Həsənov (BFL) – Niyaməddin Allahverdiyev (“Zabit” İK) – 5:0

75 kqMirşərif Kazımzadə (“Neftçi” İK) – İsmayıl Hüseynov (BFL) – 5:0Səbuhi Abışov (MOİK) – Amin Kuşkov (DGK İK) – 0:5

80 kqOrxan Aydəmirli (“Naxçıvan” İK) – Murad Allahverdiyev (“Neftçi” İK – DİN İK) – 0:5Cəbrayıl Yelikov (DGK İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

86 kqSurət Qarayev (“Neftçi” İK) – İbrahim İsmayılov (Z-1) – ikinci döyüşməkdən imtina edibEldar Quliyev (“Neftçi” İK) – Tural Useynov (“Səbail” İK) – 5:0

92 kqRauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (Z-1) – 5:0Alfonso Dominqes (METE) – Rəvan Əliyev (“Neftçi” İK) – 5:0

+92 kqİsmayıl Yaqubov (“Səbail” İK) – İsa Sulxayev (Zaqatal) – ikinci döyüşə gəlməyibMəhəmməd Abdullayev (BFL-DGK İK) – Xəqani Abdullayev (Z-1) – birinci tam üstünlüklə qalib gəlib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər