Azərbaycanın boks yığması Dünya Kubokunu 6 medalla başa vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb.
Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi ikinci yeri tutub.
Beləliklə, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.
Oxşar xəbərlər
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub
Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa çempionatını 5 medalla başa vurub. Federasiyadan ver...