Azərbaycan Kubokunda ikinci finalçı bu gün bəlli olacaq

Azərbaycan Kubokunda ikinci finalçı bu gün bəlli olacaq
İdman 33

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin son cavab oyunu bu gün keçiriləcək.

BAKU.WS xəbər verir ki, "Sabah" komandası doğma meydanda "Qarabağ"ı qəbul edəcək. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 20:00-da başlayacaq. Oyunu baş hakim Rəvan Həmzəzadə idarə edəcək.

Komandalar arasında ilk matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu qarşılaşmanın qalibi finalda "Zirə" ilə üz-üzə gələcək. "Zirə" yarımfinalda "Turan Tovuz" səddini keçib. Komanda cavab oyununda rəqiblə qolsuz bərabərə qalsa da, ilk matçdakı 2:0 hesablı qələbə sayəsində finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də "Palms Sports Arena"da keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər