Azərbaycan Kikboksinq Federasiyasına yeni vitse-prezident təyin olundu - FOTO

Azərbaycan Kikboksinq Federasiyasına yeni vitse-prezident təyin olundu - FOTO
İdman 303

Azərbaycan Kikboksinq Federasiyasına birinci vitse-prezident təyin olunub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu, Ehram Məcidovdur.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev tərəfindən bu vəzifəyə təyin olunan E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur.

O, 2010-2015-ci illərdə kikboksinq üzrə böyüklərdən ibarət millinin, 2015-2016-cı illərdə isə gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi olub.

2010-cu ildən Prezident mükafatçısı olan Ehram Məcidov Əməkdar idman ustası və Əməkdar məşqçidir. O, eyni zamanda Azərbaycan Kunq-Fu Federasiyasının ümumi işlər üzrə vitse-prezidenti (2018-ci ilin mayından) və “Xocalı” idman klubunun direktorudur.

Qeyd edək ki, ötən ilin əvvəllərindən federasiyada vitse-prezident postu boş idi. Sonuncu dəfə bu postu Güloğlan Cabbarov tutub.

Azərbaycan Kikboksinq Federasiyasına yeni vitse-prezident təyin olundu - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər