Azərbaycan ilk dəfə gənc qızlarla trek üzrə Avropa çempionatında təmsil olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər/U-23 yaş kateqoriyaları üzrə Avropa çempionatı keçiriləcək.
BAKU.WS xəbər verir ki, yarışda baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi altında 7 velosipedçimiz çıxış edəcək.
Diqqət çəkən əsas məqam ölkəmizin ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır - Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alıb.
U-23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medallar uğrunda mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...