III MDB Oyunları: Azərbaycanın beş karateçisi finala yüksəlib, dördü bürünc medalla kifayətlənib

Azərbaycan karateçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, Fərid Savadov (60 kq), Nəzrin Piriyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Nuran Rzazadə (67 kq), Roman Heydərov (kata) adını bu raunda yazdırıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
*** 16:26
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medalı təmin edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna karateçilər Mədinə Sadiqova ilə Nəzrin Piriyevanın (hər ikisi 55 kq) finala yüksəlməsi səbəb olub.
Budan əlavə, Fərid Savadov (60 kq) da adını həlledici döyüşə yazdırıb.
Qeyd edək ki, bu gün Mingəçevirdə start götürən karate yarışları sabah başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazanıb
Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, şpaqa növündə mübarizə aparan id...
