Azərbaycan idmançıları "Khan Fight 6" beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar
Türkiyənin Bursa şəhərində keçirilən "Khan Fight 6" beynəlxalq peşəkar MMA turnirində Azərbaycan idmançıları uğurla çıxış ediblər.
BAKU.WS xəbər verir ki, Nihad Quliyev (70 kiloqram) braziliyalı rəqibini ilk raundda vaxtından əvvəl məğlub edərək qələbə qazanıb.
Nərmin Əliyeva (52 kiloqram) braziliyalı Rak Fiqeyredo üzərində ilk raundda boğucu fəndlə qalib gəlib. Qeyd edək ki, rəqib çəki ölçümünü tamamlaya bilmədiyindən Nərmin Əliyeva onun 2 kiloqram artıq çəki ilə döyüşməsinə razılıq verib.
Vilayət Zeynalov (66 kiloqram) isə braziliyalı təcrübəli rəqibi Qilmar Moreyra ilə qarşılaşıb. Üç raund davam edən döyüşün yekununda idmançımız hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. İdmançımız göstərdiyi yüksək performansa görə gecənin ən yaxşı döyüşü – "Fight of the Night" bonusuna da layiq görülüb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu
Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC-də debüt edəcək. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, yarıorta ç...