Azərbaycan Güləş Federasiyasında yeni təyinat
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat gerçəkləşib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, federasiyanın yeni baş katibi Pərvin Piriyev olacaq.
Pərvin Piriyev 1992-ci ildə Bakı şəhərində anadan olub.
2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.
Müxtəlif illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Badminton Federasiyasında ictimaiyyətlə əlaqələr və marketinq sahəsində çalışıb.
Sonrakı fəaliyyətində "Sabah" futbol klubunda əvvəlcə marketinq direktoru, daha sonra isə icraçı direktor vəzifəsində işləyib. O, yerli və beynəlxalq idman layihələrinin təşkili sahəsində 10 ilə yaxın təcrübəyə malikdir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...