Azərbaycan futbolunda kuryoz hadisə baş verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Keşlə” oyununda kuryoz hadisə baş verib.
BAKU.WS Futbolinfo.az-a istinadən xəbər verir ki, qonaqların heyətində Tərlan Quliyev 78-ci dəqiqədə Şəhriyar Əliyevin əvəzinə meydana daxil olub.
Ancaq baş hakim Elçin Məsiyev matçın protokoluna əsasən müdafiəçini meydandan kənarlaşdırıb. Çünki Tərlan protokolda 3 nömrəli futbolkada qeyd edilsə də, oyuna 33 nömrəli forma ilə girib. Ehtiyat oyunçular skamyasında isə 3 nömrəli forma tapılmayıb. Əlacı kəsilən “Keşlə” tərəfi 33 nömrədəki üçlərdən birini ağ “skoç” ilə görünməz edib.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...