Azərbaycan - Estoniya oyununun hakimləri bəlli olub

Azərbaycan - Estoniya oyununun hakimləri bəlli olub
İdman 55

Bakıda Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu üçün təyinatlar açıqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Andrey Berkaya, laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek olacaq.

Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 17-də "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Estoniya matçı saat 20:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər