Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb
12
okt
2024
19:10
Azərbaycanın bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb.
Zelim Tçkayev (81 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Rəşid Məmmədəliyev bürünc mükafat uğrunda görüşdə uduzub.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.
Oxşar xəbərlər
Bakıda dünya çempionatına seçmə xarakter daşıyan oyunun açılış mərasimi keçirilib
Bakıda qadınlardan ibarət Azərbaycan və Özbəkistan şahmat komandaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüşün açılış mərasimi keçirilib. BAKU...