Azərbaycan cüdoçusu Yaponiyada gümüş medal qazanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın Osaka şəhərində cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turniri keçirilib.
Azərbaycan Cüdo Federasiyasından BAKU.WS-ə daxil olan məlumata görə, yarışda 86 ölkənin idmançıları ilə yanaşı Azərbaycan cüdoçuları da mübarizə aparıblar.
Kişilərin mübarizəsində -100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov Fransa, Almaniya, Rusiya və Yaponiya cüdoçularını məğlub edərək finala çıxıb.
Həlledici qarşılaşmada yaponiyalı Haqa Ryunosukeyə uduzan cüdoçumuz nüfuzlu yarışın gümüş medalını qazanıb.
Qeyd edək ki, 481 cüdoçunun qatıldığı Osaka turnirində Azərbaycan 13 idmançı ilə təmsil olunub.
Qalereya
Oxşar xəbərlər
Cüdoçumuz Avropa çempionu oldu - FOTO
İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir. BAKU.WS Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, beynəlx...