Azərbaycan cüdoçusu Qran-pridə finala vəsiqə qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə finala yüksəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Fransa təmsilçisi Teo Raoul Hebrarda qalib gəlib.
Yusifov qızıl medal uğrunda görüşdə Dilşot Xalmatov (Ukrayna) - Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulanlardan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.
Oxşar xəbərlər
Çempionlar Liqası: “Qalatasaray”ın potensial rəqibləri bilinib
UEFA Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin püşkü atılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Çempionlar yolu və Liqa yolunda bu raundun pot...