Azərbaycan cüdoçusu Avropa birincisi oldu
17
avq
2021
20:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Latviyanın paytaxtı Riqada cüdo üzrə Avropa birinciliyi davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, oğlanların yarışında həlledici mərhələdə rusiyalı Danil Mustafinə qalib gələn Azərbaycan cüdoçusu Xəyal Həsənov (50 kq) qitə birinciliyində qızıl medal qazanıb.
Onunla eyni çəkidə mübarizə aparan Babarəhim Mirzəyev (50 kq) isə Türkiyə təmsilçisi Mehmet Şahın Ertemi məğlub edərək bürünc medala sahib olub.
Avropa birinciliyi avqustun 19-dək davam edəcək.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...