Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar
17
iyn
2024
21:36
Azərbaycan cüdoçularl Sloveniyanın Podçetrtek şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.
"Report"un məlumatına görə, milli komanda iki günün nəticəsinə əsasən 4 qızıl, 1 gümüş və 3 bürünc mükafat qazanaraq ümumi hesabda və kişilər arasında birinci yeri tutub.
Yarışın ikinci günündə Məhərrəm İmamverdiyev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İmran Yusifov qızıl, Camal Feyziyev (hər ikisi +100 kq) bürünc medal əldə edib.
Ruslan Nəsirli (100 kq) yarışı 7-ci yerdə tamamlayıb.
Oxşar xəbərlər
Azərbaycan İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurub
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və...