Azərbaycan cüdoçu İslamiadadakı qələbəsini ailəsinə həsr etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqiblə müarizədə topuğum əzildi. Ayaq üstündə dayana bilmirdim. Sevindirici haldır ki, bu vəziyyətdə güləşməyimə baxmayaraq, sonda qalib gəldim. Qələbəmi ailəmə həsr edirəm. Çünki çətin günlərimdə hər zaman yanımda olublar".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev jurnalistlərə açıqlamasında deyib.
60 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı başda Azərbaycan Cüdo Federasiyası olmaqla, bütün məşqçilərə təşəkkürünü bildirib: "Hər zaman mənə kömək ediblər. Gələcəkdə olimpiya çempionu olmağa çalışacağam".
O, İslamiadanın finalında məğlub etdiyi özbəkistanlı Kamran Nurullayevlə ilk dəfə qarşılaşdığını söyləyib: "Bu medalın mənim üçün çox böyük önəmi var. Neçə vaxtdır zədəli olduğumdan əziyyət çəkirdim. Avropa çempionatında 5-ci olmuşdum. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı".
Zədəsi ilə bağlı danışan cüdoçu hələ də ayağının ağrıdığını söyləyib: "Buz qoyublar. Çalışacağam ki, gələn yarışlaradək sağaldım".
Ağayev 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatındakı hədəfini də açıqlayıb: "Mundialda iştirak etməyə də bilərəm. Hər şey məşqçilərin seçimindən asılıdır. Buna onlar qərar verəcəklər".
Oxşar xəbərlər
Hacı Əliyev: "Qələbəmi Prezident İlham Əliyevə həsr edirəm"
"Cənab Prezident həmişə olduğu kimi bu dəfə də idmançıları tək qoymadı, gəlib bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyev və Birinci vitse-prez...