Azərbaycan çempionatında YENİ REKORD
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.
BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Sumqayıt" - "Sabah" oyununda (3:3) qeydə alınıb.
Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.
Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. "Sabah" bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.
Bunadək rekord hərəyə 14 sülhə imza atan "Neftçi" (2009/2010), "Bakı" (2012/2013) və "Zirə"yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan "Sabah" Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...