Azərbaycan “Böyük Dəbilqə”də ilk qızıl medalını qazandı

Azərbaycan “Böyük Dəbilqə”də ilk qızıl medalını qazandı
İdman 133

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Orxan Səfərov (-66 kq) Denis Vyeruya (Moldova) ipponla qalib gələrək qızıl medala sahib çıxıb. Bu onun “Böyük Dəbilqə” yarışlarında üçüncü qızıl medalıdır.

Həmçinin Rövşən Əliyev (-60 kq) Sumiyabazar Enktaivana (Monqolustan) qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın monqol əsilli cüdoçusu İçinxorloo Munxtsedev (-52 kq) final görüşünə çıxacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər