Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində 54 kq çəki dərəcəsində Ömər Aslanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda ukraynalı Maksim Çekinlə üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.
Qeyd edək ki, bununla da millimiz Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə 48 kq-da Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.
Oxşar xəbərlər
Azərbaycan boksçusu Avropa çempionu olub - FOTO
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 48 kiloqram çəkidə mübar...