Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Rəqibini 93:90 hesabı ilə üstələyən paytaxt təmsilçisi seriyada önə keçib - 2:1
İlk görüşdə "Sabah", ikinci qarşılaşmada isə "Gəncə" qələbə qazanıb.
Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...