Azərbaycan Basketbol Liqası: "Gəncə" NTD-ni məğlub edib
07
fev
2026
16:05
Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, NTD "Gəncə"nin qonağı olub.
Gəncə Olimpiya İdman Kompleksindəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 104:85.
"Gəncə" A qrupunda 24 xalla üçüncü, NDT 18 xalla sonuncu altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) məğlub edib.
Oxşar xəbərlər
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub. BAKU.WS xəbər verir...