Azərbaycan atıcısı Almaniyadakı turnirdə ikinci qızıl medalını qazanıb
24
mar
2024
10:55
Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.
O, qızlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, Z.Sultanova daha əvvəl 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda da birinci yeri tutub.
Turnirə martın 24-də yekun vurulacaq.//trend
Oxşar xəbərlər
Bakı mundialını fərqləndirən 13 rekord
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı sona çatmaq üzrədir. Gərgin mübarizə şəraitində keçən mundialı maraqlı edən məqamlardan biri də rekordlard...