Azərbaycan atıcıları Avropa çempionatında daha bir medal qazanıblar
28
fev
2024
21:51
Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində təşkil olunan Avropa çempionatında daha bir medal əldə ediblər.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət heyət komanda yarışında üçüncü olub.
Xatırladaq ki, daha öncə Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət milli isə oğlanlar arasında komanda yarışında eyni uğura imza atıblar.
Oxşar xəbərlər
Bakı mundialını fərqləndirən 13 rekord
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı sona çatmaq üzrədir. Gərgin mübarizə şəraitində keçən mundialı maraqlı edən məqamlardan biri də rekordlard...