Azarkeşlərin NƏZƏRİNƏ - Millimizin Fransa ilə oyununun biletləri satışa çıxarıldı
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa - Azərbaycan və Ukrayna - Azərbaycan oyunlarında milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər iTicket.az-da onlayn şəkildə satışdadır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 AZN-dir. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılmış J sektoruna biletlərin qiyməti 45 AZN təşkil edir.
Qeyd edək ki, oktyabrın 10-da Paris şəhərində yerləşən "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan matçı yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlanacaq.
Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda təşkil olunacaq Ukrayna - Azərbaycan qarşılaşmasına da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) start veriləcək.
Oyunlara biletləri aşağıdakı linklərə keçid edərək əldə edə bilərsiniz:
https://iticket.az/events/sport/france-azerbaijan/177540 (Fransa - Azərbaycan)
https://iticket.az/events/sport/ukraine-azerbaijan/175838 (Ukrayna - Azərbaycan)
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında XIII tur başa çatıb
Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub. BAKU.WS xəbər verir ki, turun son matçı NTD və "Abşeron Lions" arasında keçirilib. Bakı İdman Sarayında...