Ayxan Abbasovla Saşa İliç arasında qalmaqal: Hər iki məşqçi meydandan qovuldu
30
noy
2025
20:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasının 13-cü turunda keçirilən "Şamaxı" - "Sumqayıt" matçının sonlarında ara qarışıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, qonaqların bərabərlik qolundan sonra "Sumqayıt"ın baş məşqçisi Saşa İliç meydan sahiblərinin məşqçilər korpusuna tərəf qaçaraq qeyri-etik jest edib.
Buna etiraz edən meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov isə onun üstünə hücum çəkib.
Oyunun baş hakimi Tural Qurbanov hər iki mütəxəssisə qırmızı vərəqə göstərib, meydan qovub.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...