Ayxan Abbasovdan Krivotsyuk və Xaybullayevin yığmadan qovulmasına - MÜNASİBƏT
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Anton Krivotsyuk və Abdulla Xaybullayevin yığmadan uzaqlaşdırılmasına münasibət bildirib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırıb:
- Abdul Xaybulayev və Anton Krivotsyuk yalnız bu toplanışdan kənarlaşdırılıblar, yoxsa Millətlər Liqasını da buraxacaqlar?
- Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir.
Oxşar xəbərlər
"Liverpul" Mamardaşvili ilə bağlı qərarını verdi
İngiltərənin "Liverpul" klubu gürcüstanlı qapıçı Giorgi Mamardaşvilinin növbəti mövsümü icarə əsasında başqa komandada keçirməsini planlaşdırır. BAKU.WS xəbər v...