Ayxan Abbasov: "Qəbul etmək istəmirik, amma qrupdakı rəqiblər bizdən güclüdürlər"

Ayxan Abbasov: Qəbul etmək istəmirik, amma qrupdakı rəqiblər bizdən güclüdürlər
İdman 58

"Emin Mahmudov və Elvin Cəfərquliyev böyük itkidir. Heyət elə də geniş deyil".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - İslandiya (0:2) görüşündən sonra Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Baş məşqçi Fransa ilə oyun öncəsi heyətlə bağlı düşüncələrini açıqlayıb:

"Emini 70-75 dəqiqə oynadacağımızı fikirləşmişdik. Amma Fransa ilə oyunu fikirləşdik. Zədəsinin yeni sağalmasını nəzərə alsaq, Fransa ilə görüşdə 60-65 dəqiqə oynamaq gücü olacaq. Rüstəm Əhmədzadənin vərəqə limitinə düşməsi planları pozdu. Dəyişiklik olacaq. Duruma da baxacağıq. Bilirik Fransadır, rəqib haqda danışmağa dəyməz. Səfərdə də onlarla mübarizə apardıq. Bu gün gerçək var ki, qrupdakı rəqiblər bizdən güclüdürlər. Qəbul etmək istəmirik, amma çox çətin qrup idi. Futbolçular üçün son matçlar vacibdir".

Qeyd edək ki, millimiz növbəti görüşünü noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Fransa millisinə qarşı keçirəcək.

Son xəbərlər