Ayxan Abbasov: "Fransaya 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər"
"Fransanın qrupumuzda olması rezonans doğurmuşdu".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Fransa yığma komandaları arasında oyundan sonra mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O bildirib ki, 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər: "Çətin qrupda yer aldığımızı bilirdik. Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Bu oyunlar gələcək üçün inam verdi. Hər komandaya qarşı mübarizə aparmaq olar. Futbol da çox sürətlə inkişaf edir. İstəkli olmasan, düzgün oynamasan, təsir edəcək. Dörd matçda taktiki baxımdan oyunçularda irəliləyiş var. Futbolçulara inam da gəlib".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Fransanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. BAKU.WS xəbər verir ki,...