Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib

Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib
Foto
İdman 24

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

BAKU.WS-in məlumatına görə, Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Yekunda Azərbaycanın "Odlar Yurdu" komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbə qazanıb 3,5:2,5.

Qeyd edək ki, "WR Chess"in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.

Hazırda daha çox gənc şahmatçılardan formalaşan "Odlar Yurdu" komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər