Ayağı sınmış Rafael Ağayev sağaldı: Dünya çempionatında iştirak edəcək

Bu ay BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək karate millimizin tərkibi müəyyənləşib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 15-21 noyabr tarixlərində Asiya ölkəsində keçiriləcək yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.
Bu idmançılar arasında ötən ay fərdi məşq zamanı sol ayaq nahiyəsində sınıq və çat aşkarlanmış Rafael Ağayev də var. O, altıncı dəfə dünya çempionu olmaq üçün mübarizə aparacaq.
Kumite (kişilər): Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (+84 kq)
Kumite (qadınlar): Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)
Kişi kumite komandası: Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Tural Ələkbərli, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov
Qadın kumite komandası: Nuranə Əliyeva, Fəridə Əliyeva, İlahə Qasımova, İrina Zaretskaya
Kata: Roman Heydərov
Kişi kata komandası: Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev
Oxşar xəbərlər
44 idmançımız Olimpiadada nə vaxt çıxış edəcək? - TARİXLƏR
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Sabahdan etibarən əsas yarışlara start veriləcək. BAKU.WS "oxu.a...
