"Ay-ulduzlular" bir neçə futbolçusundan məhrum ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə Premyer Liqası klubları “Qırmızı siyahı”da yer alan və koronavirusla bağlı vəziyyətin ürəkaçan olmadığı ölkələrin yığmalarında çıxış edən futbolçularını milli komandalara buraxmayacaq.
BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, hazırda Türkiyə sözügedən siyahıda qərarlaşıb.
Belə olan halda ay-ulduzlu yığma Çağlar Söyüncü, Ozan Tufan, Xəlil Dərvişoğlu və Cenk Tosun kimi oyunçuların xidmətindən məhrum ola bilər.
Qərarın hələlik yalnız sentyabr ayında keçiriləcək seçmə komanda matçlarına şamil edildiyi və “Qırmızı siyahı”nın avqustun 26-da yeniləcəyi bildirilib.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...