Avropa Olimpiya Təsnifat turniri: Osman Nurmaqomedov lisenziya şansını davam etdirib

Avropa Olimpiya Təsnifat turniri: Osman Nurmaqomedov lisenziya şansını davam etdirib
İdman 1

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində üçüncü görüşünə çıxıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Maqomed Ramazanovla qarşılaşıb.

Rəqibinə 6:2 hesabı ilə qalib gələn Nurmaqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya şansını davam etdirib. O, yarımfinalda Vasili Mixaylovla (Ukrayna) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Georgi Meşvildişvili (125 kq) də yarımfinala adlayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər