Avropa Liqasının oyunu təxirə salındı

Avropa Liqasının oyunu təxirə salındı
İdman 427

Avropa Liqasının 1/16 final mərhələsində bu gün Avstriya "Zalstburq"u ilə Almaniyanın "Ayntraxt" klubları arasında keçirilməli olan cavab oyunu təxirə salınıb.

BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna fırtına xəbərdarlığı səbəb olub.

Şəhərdə küləyin sürətinin saatda 120 km-ə çatacağı gözlənilir. Buna görə matçın oynanılmamasına qərar verilib. Qarşılaşmanın yeni tarixi barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər